Şəmkirdə məktəblini bıçaqlayan yeniyetmə saxlanıldı

Şəmkir rayonunda 15 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, rayonun Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.Məmmədlini bıçaqlamaqda təqsirləndirilən həmyerlisi, 2009-cu il təvəllüdlü H.Abuzərlinin yeri müəyyənləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.