Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.
Stopnarkotik.az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu - 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüblər.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana və oğulun döyülməsi ilə nəticələnib.
Daha sonra G.Həmzəyevə məxsus VAZ-2106 markalı maşına da zərər verilib.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.