Səlim Müslümovun “sağ əli” də hakim qarşısına çıxır

Tanınmış iş adamı İsgəndərov Cavanşir Əşrəf oğlu məhkəməyə verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi C. İsgəndərovla bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - lizinq müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, C. İsgəndərovun 2010-2014-cü illərdə Xətaidə sosial təminat şöbəsinin - “sobes”in müdiri olduğu, həmçinin ferma, restoran, ticarət obyekti və MTK-lara sahib olduğu deyilir. 

Mətbuatda iş adamının vaxtilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “sağ əli” olduğu yazılır./olke.az