Şəkidə dostunun evinə gedən şəxs qəfil öldü

Şəki şəhərində dostunun evinə gedən şəxs qəfil ölüb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini, 1959-cu il təvəllüdlü İmamverdiyev Şakir Mövlud oğlu dostunun evinə qonaq gedib. 

O, yemək yediyi zaman qəflətən halı pisləşib və ölüb. 

Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.