Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı - FOTO

Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Camal Babayev saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 22 ədəd çətənə kolu və 10 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.