“Ata” siyasi blokunun prezidentliyə keçmiş namizəd Sinan Oğanla qırmızı xətlərimiz üst-üstə düşür”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “TRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, “Ata” siyasi blokunun prioritet mövzuları AK Parti üçün də əhəmiyyətlidir: “Bunlar terrorla mübarizə, Türkiyənin bölünməzliyi, dövlət və millət həmrəyliyidir. Həmçinin Türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi həm onlar, həm də bizim üçün birinci dərəcəli məsələdir”.
Qeyd edək ki, S.Oğan prezident seçkilərinin ikinci turunda hansı namizədi dəstəkləyəcəyini bu gün açıqlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb./report