Səhiyyə Nazirliyinin bu mərkəzində korrupsiya əməliyyatı: TUTULANLAR VAR - YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.

Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

***14:01

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya-Karantin Mərkəzi”ndə əməliyyat keçirib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanlar var.