Şəhid ailəsinə qarşı DƏLƏDUZLUQ: yüzminlərlə manat vergi borcu yarandı - VİDEO

Paytaxtda şəhid ailəsinə qarşı dələduzluq edilib.

Stopnarkotik.az "Xəzər TV"yə istinadən xəbər verir ki, şəhid Rüstəm Rüsəmovun anası Reyhan Rüstəmova deyir ki, tək böyütdüyü iki oğlundan biri şəhid olduğundan, ailənin yükü digər oğlu Rüstəmin üzərində qalıb. Bir neçə il əvvəl iş axtaran Rüstəmi isə aldadaraq adına bir neçə şirkət açıblar.

Şəhid anası bildirib ki, problemlə əlaqədar aidiyyəti orqanlara müraciət edib. Lakin dələduzluq edən şəxsin axtarışları davam etdiyi müddətdə oğlunu məhkəməyə dəvət ediblər.

R.Rüstəmova problemin həlli üçün Baş Prokurorluğa müraciət edib.

Hazırda araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: