SEPAH killerləri Türkiyədə: ABŞ sanksiya tətbiq etd

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun 3 üzvünə və ona bağlı daha iki şəxsə sanksiya tətbiq edib.

 

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Həmçinin, Türkiyədə yaşayan İran vətəndaşı Hüseyn Yusif Əmini və “Rey” Hava Yolları Şirkətinin adını da sanksiyalar siyahısına əlavə edib.

Əmini və “Rey” şirkəti İran İnqilab Keşikçiləri Korpusunun gizli əməliyyatlarına, o cümlədən, Türkiyədə İran müxaliflərini hədəf alan hərəkət və sui-qəsd planlarına kömək etdikləri üçün sanksiyaya məruz qalıb./axar.az