Cənubi Koreyada intensiv yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsində ölənlərin sayı 44 nəfərə çatıb.
Bu barədə ölkənin Milli Xilasetmə Xidmətindən bildirilib.
Cənubi Koreyanın cənubunda yerləşən Könsan-Pukto əyalətinin itkin düşmüş sayılan 3 sakinin meyitləri aşkarlanıb.
Məlumata görə, təbii fəlakət bölgələrindən təxliyə olunan 5 600 nəfər müvəqqəti olaraq 15 şəhərdə yerləşdirilib.
Əkin üçün yararlı 316 ha sahə su altında qalıb. 39 tarixi abidəyə ziyan dəyib.