Sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu təmirə bağlandı

Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.