Əsəd rejimi Türkiyədə hakimiyyət dəyişikliyi ümidi ilə İranla “səs-səsə verib”

Aprelin 25-də Rusiya, Türkiyə, Suriya və İranın Müdafiə və Kəşfiyyat nazirliklərinin rəhbərlərinin əslində nəticəsiz qalan görüşü Suriya hökumətinin sadəcə olaraq “vaxt qazanmaq istəyini” nümayiş etdirir. Rəsmi Şam Türkiyədə prezident seçkilərinin nəticəsini gözləyir və prezident Ərdoğanla deyil, yeni administrasiya ilə danışıqlar aparmağa ümid edir.

Belə ki, Suriyanın müxalif TV kanalı olan “Syria TV”nin məlumatına görə, Əsəd rejimi Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımları Rusiyadan çox İranla "razılaşdırır". Çünki İran Dəməşqin türk qoşunlarının Suriyadan çıxarılması tələbini dəstəkləyir. Rusiya isə əksinə, Suriya administrasiyasına təzyiq göstərir və bu məsələni dördtərəfli görüşlərdə qaldırmamağı “xahiş edir”.

İran da Türkiyə hökumətində seçkilər nəticəsində dəyişikliklərə "stavka edir". Tehran həmçinin, müxalif alyansının hakimiyyətə gəlməsindən sonra Türkiyənin xarici siyasətinin dəyişəcəyi ümidi ilə müxalifətlə yaxşı münasibətlər saxlayır, maliyyə dəstəyi və siyasi dəstək verir. İran rəhbərliyinin fikrincə, Türkiyə müxalifətinin hakimiyyətə gəlməsi Suriya və İraqda İranla Türkiyə arasında rəqabəti azaldacaq.

Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın başının qarışması və Tehranın Moskvaya öz PUA-ları ilə verdiyi dəstək fonunda İrana Suriyadakı təsirini geri qaytarmaq üçün geniş yollar açdı.