Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.