Saxta bir milyard dollar ələ keçirildi-pullar Afrikaya gedəcəkmiş...

İstanbul İl Jandarma Komandanlığının təşkil etdiyi əməliyyatda 1 milyard dollar ələ keçirilib. Stopnarkotik.az bu barədə Türkiyə KİV-lərinə istinadla bildirir. Müəyyən edilib ki, şübhəlilər Afrika ölkələrinə saxta dollar göndərməyə çalışıblar. Cinayətkar qrupda xarici vətəndaşlar üstünlük təşkil ediblər. Şübhəlilərin müxtəlif vaxtlarda İstanbulun Kağıthane bölgəsindəki anbara girib-çıxdıqları, anbarda uzun müddət qaldıqları, çoxlu yük qutuları və seyflərin daşındığı müəyyən edilib. Jandarma qrupları pulu çap edib daşıyacaq olan 3 İsveç vətəndaşı, bir Britaniya vətəndaşı, Qana vətəndaşı ilə bir türkü cinayət başında yaxalayıb. Anbarda aparılan axtarışlar zamanı Afrika ölkələrinə aparılmaq üçün yük qutularına yığılan 100-lük əskinas şəklində 10 milyon ədəd saxta pul və ümumilikdə 1 milyard dollar ələ keçirilib. Şübhəlilərin Şişlidəki lüks villalarında da axtarış aparan jandarma qrupları bir qədər pul və qızıl-zinət əşyaları müsadirə edib.

Stopnarkotik.az