Samuxda 60 yaşlı kişinin meyiti tapıldı

Samuxda fərdi yaşayış evində kişi meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1966-cı il təvəllüdlü R.Babayevin meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır