Şamaxıda yenə zəlzələ oldu - YENİLƏNİB

Şamaxıda yenidən zəlzələ olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.

Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.

***09:03

Şamaxıda növbəti zəlzələ qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.8 olub. Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.