Salyanda avtomobillər toqquşdu: XƏSARƏT ALANLAR VAR

Salyanda avtomobillər toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Həsənov Səbuhi Məmməd oğlu, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Eminova Könül Valeh qızı, 1964-cü il təvəllüdlü Məmmədova Sevil Əliağa qızı, 1965-ci il təvəllüdlü Abdulova Gülxar Babaş qızı və 1988-ci il təvəllüdlü Mehdiyeva Elnarə Abyar qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.