Şahzadə spirtli içki ilə aşırı doza narkotik qəbulundan öldü - FOTO

London şəhərinin, Kensington rayonunda bahalı oteldə qalan 29 yaşlı Səudiyyə şahzadəsi Abdullah bin Fahad otağında ölü tapılıb.

Stopnarkotik.az xəbər verir ki, rəsmi araşdırmaya görə, onun spirtli içki ilə narkotik maddələri birlikdə qəbul etməsi nəticəsində öldüyü bildirilib.

Məlumata görə, şahzadə gecəsi 600 funt sterlinq olan oteldə bir həftə qalmağı planlayıb. Otelin təmizlik işçisi onu hamam otağında tapıb. Həkimlər şahzadənin həyatını xilas edə bilməyiblər.

Yoxlama zamanı qanında avtomobil idarə etməyə icazə verilən miqdardan üç dəfə çox spirtli içki, həmçinin GHB, Xanax və marixuana aşkar edilib. Bildirilib ki, bu maddələri birlikdə qəbul etdiyi üçün ürəyi dayanıb.

Məlumata görə, şahzadə bundan əvvəl də spirtli içki və narkotikdən asılılıq səbəbindən müalicə alıb.

Araşdırma zamanı otaqda başqa bir şəxsin olduğuna dair heç bir iz və əlamət tapılmayıb.Təhlükəsizlik kameralarının görüntüləri də hadisə vaxtı onun otaqda tək olduğunu göstərib. Buna görə məhkəmə onun ölümünü bədbəxt hadisə nəticəsində baş verən ölüm hesab edib. 

Stopnarkotik.az