Hazırda Bakı şəhərində yağıntılı hava şəraiti davam edir.
Yağış nəticəsində Heydər Əliyev prospektindəki "Bağırov" körpüsündə yenə təhlükəli vəziyyət yaranıb.
Belə ki, körpünün altına yağış suyu yığılıb.
Habelə Sabunçu tunelini də su basıb.
Tunelə giriş bağlanıb.
Qeyd edək ki, oktyabrın 22-də də "Bağırov" körpüsündə və Sabunçu tunelində eyni vəziyyət yaranmışdı.
Ərazidən son görüntüləri təqdim edirik: