Sabirabad rayonunun Şəhriyar kəndində yabanı halda bitən və ümumi çəkisi 1 ton 800 kiloqram olan 2540 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Stopnarkotik.az xəbər verir ki, sözügedən çətənə kolları Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanıb.