Meksikanın keçmiş təhlükəsizlik naziri Xenaro Qarsia Luna ABŞ məhkəməsi tərəfindən Sinaloa kartelinə yardım etdiyinə görə 38 il həbs cəzasına məhkum edilib.
Stopnarkotik.az xəbər verir ki, El Çapo və El Mayonun məhkəmə işlərinə sədrlik edən hakim Brayan Koqan təqsirləndirilən şəxsə üz tutaraq onu ikili həyat sürdüyünə, çox eleqant geyindiyinə görə qınayıb, sözdə qanuna hörmət etdiyini, əslində isə eynən El Çapo kimi şəkildə davrandığını deyib.
El Çapo və Qarsiya Luna işlərində ittihamedici ifadələr eyni şahid, El Mayo Zambadanın qardaşı tərəfindən verilib. El Çaponun həyat yoldaşı Emma Koronelin də ifadə verəcəyi gözlənilirdi, lakin bu, heç vaxt baş verməyib.
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi hökmü şərh edərək, bunu bütün dünyada kartellərə kömək edən korrupsioner liderlərə "siqnal" adlandırıb və bildirib ki, onların heç biri (Amerika) ədalətindən qaça bilməyəcək.
Stopnarktoik.az