Sabiq prezidentə 8 il 10 ay həbs cəzası verildi

Braziliyanın keçmiş prezidenti korrupsiyaya görə 9 ilə yaxın həbs cəzası alıb.

"Reuters" xəbər verir ki, Braziliyanın sabiq prezidenti Fernando Kollor Di Melu korrupsiya və "çirkli pullar"ın yuyulmasında ittiham olunaraq 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Ölkənin 73 yaşlı eks-lideri "Petrobras" dövlət neft şirkətinin törəmə müəssisəsindən təxminən 30 milyon real (təqribən 6 milyon dollar) dəyərində rüşvət almaqda təqsirli bilinib. Di Melunun vəkilləri onun təqsirsiz olduğunu bildirir və bəraət alacağına əmindirlər. Müdafiə tərəfi artıq iki apelyasiya şikayəti verib.

Qeyd edək ki, Fernando Kollor Di Melu 1990-1992-ci illərdə Braziliya prezidenti olub. Parlamentin ona qarşı impiçment qərarından sonra istefa verib.