Sabiq nazirin həbs müddəti artırıldı

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, keçirilən prosesdə vəsatət təmin edilib və Rafael Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.