Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsarevə qarşı təşkil olunan sui-qəsdin koordinatoru saxlanılıb.
Bu barədə Rusiya Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Tsarevə qarşı sui-qəsdi Ukrayna Təhlükəsizlik xidmətinin göstərişi ilə Yalta sakini həyata keçirib. FTX həmin şəxsin artıq cinayəti etiraf etdiyini açıqlayıb.
Qeyd olunub ki, həmin şəxsin evindən əldəqayırma bomba, siyasətçinin fotosu, onun evinə və ofisinə yaxınlaşma sxemləri aşkarlanıb.
FTX cinayətin icraçısı və digər şəxslərin axtarış ilə bağlı tədbirlərin davam etdirildiyini də bildirib.