Sabiq deputat öldürüldü

Ukraynanın sabiq deputatı Sergey Slabenko Rusiya ilə müharibədə həlak olub.

Stopnarkotik.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, S.Slabenko 1965-ci ildə anadan olub. O, 2002-2006-cı illərdə ölkənin Ali Radasında məhkəmələrin fəaliyyəti, məhkəmə prosesi və məhkəmə-hüquq islahatları üzrə alt komitənin rəhbəri vəzifəsində çalışıb.

Sabiq deputatın 2 övladı var.