Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs yaxalandı - FOTOLAR

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zaur Rəcəbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilən və çəkisi 35 kiloqram olan 53 ədəd çətənə kolu aşkarlanıb. Z.Rəcəbov narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən müvafiq sənədləri olmayan 25 ədəd ov tüfəngi götürülüb.

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürüldü - FOTO