“Rusiya ordusunun rəhbərliyi fəlakətdən iki gün əvvəl hərbçilərə Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması barədə göstəriş verib”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Apostrof TV-yə Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi, SBU polkovniki Roman Kostenko bildirib.
“Onlar (ruslar) mülki şəxslərə və hərbçilərə əhəmiyyət vermədilər, sadəcə olaraq öz texnikalarını götürdülər”, - deyən Kostenkonun sözlərinə görə, rusların bu addımı anlaşılmaz olub.
“Düşmən özü hələ də nəticələrdən şokdadır, hətta nə baş verdiyini və su basan ərazinin indi hərbi əməliyyatların aparılmasına necə təsir edəcəyini anlamağa çalışır”, - Kostenko əlavə edib.
Stopnarkotik.az