Rusiyaya casusluq edən keçmiş FTB agenti həbsxanada ölü tapıldı

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun SSRİ və Rusiyaya casusluq etməsinə görə mühakimə olunan keçmiş əməkdaşı Robert Hanssen həbsxanada saxlanıldığı kamerada ölü tapılıb. 

Stopnarkotik.az “Associated Press” xəbər verir ki, 79 yaşlı Hanssen Kolorado ştatında həbsxana kamerasında huşsuz vəziyyətdə aşkar olunub. Daha sonradan onun təbii səbəblərdən dünyasını dəyişdiyi məlum olub. 

Qeyd edək ki, Hanssen 2001-ci ilin fevralın 20-si saxlanılıb. İstintaq məlumatlarına görə, o, 1985-ci ildən etibarən Amerikanın elektron kəşfiyyat məlumatlarını Rusiya kəşfiyyatına ötürüb. 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu fəaliyyətini dayandırıb və 1999-cu ildə yenidən bərpa edib. Hanssen öz təqsirini etiraf edib və 2002-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.