RUSİYAYA ARDICIL PUA HÜCUMLARI – Xəsarət alanlar var / Yenilənib

Rusiyanın Rostov vilayətinə kamikadze-dronlarla hücum olub.

Bu barədə Postov vilayətinin qubernatoru Vasili Qolubyev “Telegram”-da paylaşım edib.

Qeyd edilib ki, Ukraynanın bu gün səhər saatlarında həyata keçirdiyi dronlarla hücumun qarşısı alınıb. Dronlardan ikisinin qalıqları Kamenskdə hərbi hissənin ərazisinə, biri isə Novoşaxtinskdən 1 km şimala düşüb.

Dağıntı və tələfatın olmadığı bildirilib.

***

Rusiyanın Kursk vilayətindəki dəmiryol vağzalına dron hücumu olub.

Bu barədə qubernatoru Roman Starovoit "Telegram" kanalında məlumat verib

"Kurskda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu. İlkin məlumata görə, o, vağzal binasının damına çırpılıb, ardınca damda yanğın başlayıb. Beş nəfər şüşə qırıqlarından yüngül xəsarət alıb", - region rəhbəri bildirib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik xidmətləri yerindədir. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.