Rusiyalı məşhur general Suriyaya "sürgün" edildi

Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus generalı İvan Popov Suriyadakı rus qruplaşmasına sürgünə göndərilib.

Bu barədə “İnsayder” məlumat yayıb.

“Bundan əvvəl Hava-Desant Qüvvələrinin keçmiş komandanı, 2022-ci ilin fevral-mart aylarında Kiyevə hücumdakı uğursuzluğa görə məsuliyyət daşıyan Andrey Serdyukov da Suriyaya göndərilib. Həmçinin 7-ci Hava Hücum Diviziyasının komandiri, general-mayor Aleksandr Kornevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. 90-cı Tank Diviziyasının komandiri Ramil İbatullin və onun müavinlərinin saxlanıldığı da bildirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl İvan Popovun ordudakı problemləri Rusiya lideri Putinə məruzə etməyə hazırlaşdığı üçün Baş Qərargah rəisi Gerasimov tərəfindən vəzifəsindən çıxarıldığı bildirilmişdi./axar.az