Rusiyadan NATO-ya qarşı hərbi addım - GƏRGİNLİK ARTIR

Rusiyadan NATO-nun genişlənməsinə qarşı gərginliyi artıran reaksiya gəlib.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun genişlənməsi və Rusiya sərhədlərində hərbi potensialın yaradılmasına cavab olaraq iki yeni hərbi zona yaratdıqlarını açıqlayıb.

Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşdə çıxış edən Şoyqu ölkə daxilində yeni hərbi bölgələrin yaradıldığı barədə məlumat verib.

O, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensial yaratdığını, Finlandiyanın NATO üzvü olduğunu, İsveçin də Alyansa qoşulacağını xatırladıb.

"Biz şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun qruplaşmalarının gücləndirilməsi istiqamətində addımlar atmışıq. Silahlı Qüvvələrdə Leninqrad və Moskva hərbi dairələrində iki xüsusi strateji regional bölmə yaradılıb", - nazir bildirib.