Rusiyanın Voronej vilayətində Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Stopnarkotik.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 11:00 radələrində planlaşdırılmış təlim uçuşunda 2 nəfər heyət oturacaq atma sistemi ilə xəsarət almadan xilas olub.
İlkin təsbitlərə görə, sözügedən hadisənin texniki səbəblərdən baş verə biləcəyi bildirilib.