Rusiyanın Moskva vilayətində stasionar taksilər də daxil olmaqla onlarla avtobus alovlara bürünüb.
Bu barədə vilayət prokurorluğunun Mətbuat Xidməti xəbər verib.
Bildirilir ki, hadisə Rusiya paytaxtının yaxınlığındakı Noqinsk şəhərində ictimai nəqliyyat üçün dayanacaqda baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının qəsdən törədilə biləcəyini bildirib.
“Dəqiq səbəblərin müəyyən edilməsi üçün yanğın-texniki ekspertiza təyin edilib”, - deyə nazirliyin açıqlamasında əlavə edilib.
Mənbə: Arqumentı i faktı