Rusiyada müxalifət lideri qətlə yetirildi

Rusiyanın Dnestryanı Müxalifət Qüvvələr Birliyinin lideri Oleq Xorjan ölü tapılıb.

Bu barədə tanınmamış respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyasətçi zorakılıqla ölüm əlamətləri ilə aşkarlanıb: "Meyit yaşayış yerində - Sukleya kəndindəki fərdi evdə aşkar edilib.

Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, cinayət işi başlanıb.