Rusiyada məhbuslar həbsxana işçilərini girov götürdü: ÖLƏNLƏR VAR - VİDEO

Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən cəzaçəkmə müəssisəsində törədilən insidentin təfərrüatları məlum olub.

Stopnarkotik.az xəbər verir ki, müəssisədə özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.

“Mash” teleqram kanalı üç nəfərin öldüyü görüntülənən video yayıb.

Bildirilib ki, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.

Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.

Məlum olub ki, koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib. Bu barədə Federal Penitensiar Xidmət məlumat yayıb.

Hazırda girovların azad edilməsi istiqamətində işlər aparılır, hadisə yerinə xüsusi təyinatlılar gəlib.