Rusiyada FTX-nin binasında PARTLAYIŞ

Rusiyanın Belqorod şəhərində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasında partlayış olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, şəhərdə tətbiq edilən əks-terror əməliyyatı rejimi ilə əlaqədar olaraq, hazırda bölgədə rəsmi mənbələrə istinad etmədən istənilən məlumatın yayımı qadağandır. Bu səbəbdən hadisənin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.