Rusiyada azərbaycanlıları kim “terrorçu” edir... - Krım körpüsü, indi də zəhərli araq...

İkinci dəfədir ki, Rusiyada ciddi rezonans doğuran hadisəni bizə “yamayırlar”;  azərbaycanlılar dinc xalqdır, çörək qazandığı qürbət eldə xain planların içində yer ala bilməzlər-istintaq isə “bir cənub respublikası” deyir...   

Rusiyada metanol tərkibli “Cənab Sidr” içkisindən zəhərlənib ölənlərin sayı artır, hər gün televiziyaları bu barədə bağırırlar. Deyəcəksiniz ki, rusun araqdan zəhərlənib ölməsində qeyr-adi heç nə yoxdur. Əlbəttə, rus araq içən xalqdır, amma o şöğəribi milliyyətindən asılı olmayaraq heç kim ölmək üçün içmir.

İndi Rusiyada elə qəliz vəziyyət yaranıb ki, müharibə səbəbindən şübhələri çoxalıb, adi məişət hadisələrdən belə hansısa təxribat izi axtarmağa meylllidirlər. Bu həm də cəmiyyətin gərginləşən psixikasından irəli gəlir, biz də Qarabağ müharibələri dövründə bunları yaşamışıq. Amma diqqəti ona çəkmək istəyirəm ki, müharibə başlayandan Rusiya iki belə ciddi rezonans doğuran hadisədə adı hallanan nədənsə, azərbaycanlılar olub.

Biz də Rusiyada çoxuq. Ötən il Azərbaycana edilən pulköçürmələrinin 82 faizi Rusiyanın payına düşüb. Bu statistikadan çıxan sosial nəticələri qurdalamayacağam, məqsədim iqtisadi amillərə deyil, hansısa sirli qüvvələrin azərbaycanlıları hədəfə çıxarmaq niyyəti barədədir.   

0a69b4215505eb4eb76075107d250a96.jpg (97 KB)

Məlumdur ki, Ulyanovsk məhkəməsi 30-dan çox adamın ölümünə səbəb olan zəhərlənmə faktlarına görə azərbaycanlı iş adamı Anar Hüseynov barəsində iki aylıq həbs qərarı çıxarıb. “Mister Sidr” içkisini istehsal edən “Andi” şirkətinin təsisçisi 32 yaşlı Anar Hüseynovu iyunun 5-də saxlayıblar. Samaralı iş adamı təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən əməldə şübhəli bilinir. “Andi” şirkətinin həbs edilən menecerləri arasında daha bir azərbaycanlı da var. İş adamının vəkili bildirib ki, Anar Hüseynov cinayət işi üzrə təqsirini etiraf etmir. Məhkəmə iclasında iş adamı açıq şəkildə bildirib ki, onu biznes şəbəkəsindən çıxarmaq üçün hansısa üçüncü şəxslər tərəfindən qəsdən törədilib. Vəkili onu da deyib ki, “Andi” şirkəti ümumiyyətlə metanol tərkibli maddə almayıb və ondan sidr istehsal etmir. Şahidlərdən birinin dediyinə görə, ilk zəhərlənmə hallından dərhal sonra Anar  bütün məhsulların məhv edilməsi, satışdan geri çağırılması  barədə göstəriş də verib.

tazzza.jpg (9 KB)

İndi “Moskovskiy komsomolets” qəzetinə diqqət edək. Nəşr yazır ki, istintaq iki versiya üzərində işləyir. Onlardan biri “düşünülmüş və planlaşdırılmış təxribatdır”. Sonrası daha diqqətçəkəndir: “Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə bildirir  ki, bu təxribatın izi “yaxın xaricə- cənub respublikalarından birinə gedir”. Oppa...”Yaxın xaric, cənub respublikalarında biri”, iş üzrə tutulan isə azərbaycanlı...Bu versiyanı müzakirə üçün açmıram, istintaq bizim işimiz deyil. Hər halda, ortada  az qala bütün Rusiya vilayətlərini əhatə edən zəhərlənmə və  çoxsaylı ölüm faktları varsa, istintaq əlbəttə ki, bütün versiyaları nəzərdə keçirməlidir. Necə ki, istintaq ikinci versiya kimi hadisəni “Rusiyaya dost olmayan ölkələrin” əməli kimi nəzərdə keçirir, azərbaycanlı iş adamının seçilmiş qurban ola biləcəyini araşdırılır.

231831684b37089ecf10186ed0623209.jpg (95 KB)

Seçilmiş qurban? Bu sizə nəyisə xatırlatmatdısa, yaddaşınızı təzələyim. Krım körpüsü  partladılanda da seçilmiş qurban məhz heç nədən xəbərsiz azərbaycanlı  “Fura” sürücüsü Mahir Yusubov idi.  Bu terror aktını planlaşdıranlar niyə bomba dolu yükü Mahir Yusubovun “Fura” sına yükləmişdilər? Axı məlum idi ki, bütün dünyanın bir nömrəli xəbərinə çevriləcək bu aktın arxasında kimin dayanmasından əlavə, kimin əli ilə (köməyi ilə və sairə) də əsas müzakirə mövzusu olacaq. Niyə Rusiyada ən müxtəlif millətlər içərisindən məhz azərbaycanlı seçilmişdi? Xatırlayıram ki, Yusubovun haqqında Rusiya mediasında onlarla yazı oxudum, dostları, onu tanıyanlar demişdilər ki, Mahirin bu terrorla heç bir əlaqəsi ola bilməzdi.

e2a2593e87056457ffc3f15806ead7e6.jpg (123 KB)

Doğurdan da, bizim millət olaraq terrorla nə bağlılığımız ola bilər, üstəlik də məsələn, iki başqa dövlətin savaşında. Sonra bu cinayəti izi Ermənistana da qədər gedib çıxdı. Erməni bizim harada olursa-olsun düşmənimizdir, bizim pisliyimizi istəyirlər. Bu millət olaraq bizə dəyən bütün pisliklərdə əsas versiyamızdır...

Rusiyada mənim də qohumlarım, tanıdığım insanlar var. Rusiyadakı azərbaycanlılar arasında da millətin adına xələl gətirənlər də az deyil. Amma əsas etibarilə azərbaycanlılar dinc xalqdır, çörək qazandığı qürbət eldə bu kimi xain planların içində yer ala bilməz.    

İndi son hadisə ilə bağlı müəmma çoxdur, eləcə də “niyə azərbaycanlı” sualı açıq qalır.../musavat.com