Rusiyada 14 yaşlı qıza təcavüz edən deputat həbs edildi

Rusiyanın Altay Respublikası Dövlət Məclisinin (El Kurultayı) deputatı 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. 

Məlumata görə, 48 yaşlı Aleksandr Korşuk arvadının 14 yaşlı qardaşı qızına təcavüz etdiyi üçün mühakimə olunub. 

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (“Yetkinlik yaşına çatmayanı zorlama”) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci (“On altı yaşına çatmamış şəxsə qarşı nalayiq hərəkətlər”) ilə təqsirli bilinib.

İstintaq zamanı deputat ifadə verməkdən imtina edib.