Rusiya və Ukrayna arasında növbəti əsir münadiləsi - 314 döyüşçü dəyişdirildi

ABŞ, Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda 314 əsirin qarşılıqlı mübadiləsi ilə bağlı razılıq əldə olunub.

Bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff məlumat verib. Onun sözlərinə görə, Əbu-Dabidə aparılan danışıqlar çərçivəsində ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri əsirlərin dəyişdirilməsi məsələsində ortaq mövqeyə gəliblər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında 2025-ci il mayın 16-da İstanbulda, Prezident Administrasiyasının Dolmabağça İş Ofisində keçirilən danışıqlarda da genişmiqyaslı əsir mübadiləsi gündəmdə olmuşdu. Həmin görüşlərdə tərəflər “1000-ə 1000” prinsipi əsasında böyük mübadilə və atəşkəs məsələlərinin müzakirəsi ilə bağlı razılığa gəlmişdilər.

2 iyun 2025-ci ildə İstanbulda keçirilən növbəti danışıqlarda 6 min ukraynalı hərbçinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır yaralı hərbçilərin və 25 yaşadək əsirlərin dəyişdirilməsi barədə qərar qəbul edilmişdi. 2025-ci ilin iyulunda baş tutan görüşlərdə isə 1200 nəfərlik yeni əsir mübadiləsi və üç ildən artıq müddətdə əsirlikdə saxlanılan şəxslərin azad edilməsi ilə bağlı razılıq əldə olunmuşdu.