Rusiya pilotsuz təyyarə ilə avtobusu vurdu: 9 nəfər ölüb - FOTO

Aprelin 23-də səhər saatlarında Dnepropetrovsk vilayətinin Marqanets şəhərinə Rusiyanın kamikadze və FPV pilotsuz təyyarələrinin endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə rayon rəhbəri Sergey Lısak məlumat verib:

"Təcavüzkar kamikadze pilotsuz uçan aparatla Marqanets şəhərini vurub. İlkin məlumata görə, 7 nəfər ölüb. Daha 6 nəfər yaralanıb. Məlumatı dəqiqləşdiririk".

Bir qədər sonra isə Lıska bildirib ki, ölənlərin sayı 9-a çatıb.