Polşada Rusiya kəşfiyyatına işləyən 16 nəfər saxlanılıb.
Bu barədə Polşanın xüsusi xidmət orqanlarının nazir müavini-koordinatoru Stanislav Jarin deyib.
Onun sözlərinə görə, Polşa əks-kəşfiyyatı çox səmərəli işləyir: “Amma uğurlarımızla kifayətlənə bilmərik. Ruslar hələ də Polşada sabitliyi pozmaq və ölkəmizi zəiflətmək yollarını axtarırlar”.
Polşa Milli Müdafiə Nazirliyi təhlükəsizliyi gücləndirmək üçün Polşa-Belarus sərhədinə əlavə hərbi birləşmələrin göndəriləcəyini açıqlayıb.