Rusiya işğal etdiyi ərazidəki insanları xilas etmir – VİDEO

Kaxovka SES-i partladan Rusiya Dneprin sol sahilindəki fəlakəti görməzdən gəlir və “öz ərazisi” elan etdiyi yaşayış məntəqələrində suyun altında qalan evlərdəki insanları xilas etməyə tələsmir.

Stopnarkotik.az xəbər verir ki, Ukrayna mətbuatında və sosial şəbəkələrdə Dneprin sol sahilindəki insanların fəlakətli videogörüntüləri yayımlanıb.

Ukrayna dronlarının çəkdikləri görüntülərdə insanların öz evlərinin damında köməksiz və ümidsiz qaldıqları, onları müşahidə edən dronlara kömək üçün yalvardıqları əks olunub. Qeyd olunur ki, bu insanlar bir sutkadan çoxdur kömək gözləsələr də, onların harayına çatan yoxdur. Ukraynanın kiçik müşahidə dronları isə onlara yalnız su və ərzaq çatdıra bilir.