Bu gün Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına iş üçün və ya 90 gündən çox olmayan müddətə daxil olan Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi barədə fərman imzalayıb.
Fərman imzalandığı gündən – oktyabrın 10-dan qüvvəyə minir.
Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər yoxdur. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edərək onun ərazisinin bir hissəsini - Abxaziya və Cənubi Osetiyanı işğal etdikdən sonra bu münasibətlər Gürcüstan tərəfindən pozulub.