Rusiya FSB-nin əməkdaşları bir kiloqram radioaktiv “sezium-137”ni ölkədən çıxarmağa cəhd edən 5 nəfəri saxlayıb.
Stopnarkotik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, cinayətkar qrup qarajda “sezium-137” izotopu olan konteyner saxlayıb. Saxlanılanlardan biri etiraf edib ki, onların məqsədi radioaktiv materialı “xaricə” daşımaq olub. “Sezium-137” izotopunun 1 kq-ı 3,5 milyon dollara başa gəlir.
Stopnarkotik.az