Roma Papasının xeyir-dua verdiyi kokainli "Vin Mariani" şərabı

Bilirsinizmi bir vaxtlar Avropada tərkibində kokain olan və hətta uşaqlara da tövsiyə edilən bir şərab satılırmış. Bu şərab "Vin Mariani" adlanırmış və üzərində Papa XIII Leonun təsviri var imiş.  

Sözügedən içki Bordo şərabı və koka yarpaqlarından hazırlanırmış. Reklamlarda onun yorğunluğu azaltdığı, insana güc verdiyi və özünü daha yaxşı hiss etdirdiyi deyilirdi. Hətta o dövrün reklamlarında uşaqların da bunu daha az miqdarda içə biləcəyi yazılırdı. Şarabın tərkibində %10 alkoqol və %8.5 kokain var imiş.

Bu içkinin tanınmasına Roma Papası XIII Leo da təsir edib. Məlumatlara görə, Papa bu içkini bəyəndiyini deyib, istehsalçı Angelo Marianiyə qızıl medal verib və onun şəkli Vin Mariani reklamlarında istifadə olunub. Həmçinin Aleksandr Duma, Jül Verne, Émil Zolya, Henrik Ibsen, Tomas Edison və fransız heykeltıraş Bartoldi, Kraliça Viktoriya kimi məşhur şəxslər bu şərabdan istifadə edib, Kraliça Viktoriya ilə Tomas Edisonun adları isə şərabın reklamında çəkilirmiş.

Daha maraqlısı isə odur ki, Coca-Colanın yaradıcısı Con Pemberton əvvəlcə koka yarpaqları ilə hazırlanan şərab üzərində işləyib. Sonradan isə spirtsiz içki hazırlayıb və bu, Coca-Colanın yaranmasına səbəb olub.

Bu hadisələr 19-cu əsrdə baş verib. Həmin vaxt insanlar kokainin nə qədər zərərli olduğunu tam bilmirdilər. Sonralar bunun insan sağlamlığı üçün çox təhlükəli olduğu məlum olub və belə məhsulların satışı dayandırılıb. 

Stopnarkotik.az