“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

“Blok3” adı ilə tanınan türkiyəli müğənni Hakan Aydına sui-qəsd edilib.

Polis tərəfindən saxlanılan yeddi nəfərin telefonları araşdırılarkən müğənniyə hücum hazırladıqları ortaya çıxıb.

Məlumata görə, araşdırma zamanı şübhəlilərin telefonlarında “Blok” adlı qrup yaratdıqları və Hakan Aydının qaldığı hotellər, maşınlar və digər məlumatları paylaşdıqları məlum olub.

Onlar ittihamları rədd etsələr də, məhkəmə qarşısına çıxarıldıqdan sonra həbs ediliblər.