Bərdə rayonu, Zümürxan kəndində yerləşən "Qədim Bərdə” restoranında dava zamanı dostunun barmaqlarını dişləyən şəxsə hökm oxunub.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1984-cü ildə Bərdə şəhərində anadan olmuş Mirpaşa Həsənov (soyad şərti) "Qədim Bərdə” restoranında hesab üstündə dostları ilə mübahisə edib. Mübahisə sonradan davaya çevirilib.
Belə ki, dostlar "Qədim Bərdə” restoranına Mirpaşa, Məzahir və onun qohumu Anar yemək yeməyə gediblər. Bir müddət sonra hesabı istəyiblər. Ofisiant hesabın 30 manat olduğunu deyib. Məzahir cibindən 20 manat çıxarıb, qalan 10 manatı Mirpaşanın verməsini istəyob. O, üzərində pul olmadığı üçün 20 manatı götürüb, cibinə qoyub. Məzahirə bu restoranı tanıdığını, səhər gətirib özü hesabı ödəyəcəyini bildirib. Məzahir isə ona "adımız-sanımız var, elə şey etmə” deyib və mübahisə etməyə başlayıb.
Mübahisə söyüş səbəbindən davaya çevirilib. Mirpaşa əvvəlcə ona yumuruq atan Anarla dalaşıb. O, Anarın barmaqlarını dişləyib və boynundan bıçaqlayıb. İki saat sonra Məzahirin də əlindən bıçaq zərbəsi vurub.
Zərərçəkmişlər hər ikisi Mirpaşanı bağışlasalar da, məhkəmə onu təqsdirli bilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.