"Ərdoğanın qələbəsi üçün çoxlu dua etdim" - Macarıstan baş naziri

Macarıstanın Baş naziri Viktor Orban Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün “çoxlu dua etdiyini” deyib. 

Bu barədə RİA Novosti Macarıstan mətbuatına istinadən xəbər yayıb.

"Bu (Ərdoğanın seçkilərdəki qələbəsi - red.) böyük rahatlıqdır. Düzünü desəm, mən təkcə prezidentin qələbəsini dəstəkləmədim, onun üçün çox dua etdim. Əgər o, qalib gəlməsəydi, bu, faciə olacaqdı", - Baş nazir vurğulayıb.

Onun fikrincə, əgər Türkiyədə keçirilən prezident seçkilərində “Corc Sorosun adamı” qalib gəlsə, bu, Avropaya qaçqın axınının birdən-birə iki-üç milyon artması ilə bərabər, həm də Rusiya neftinin Azərbaycana tranzitini çətinləşdirəcəkdi.

Xatırladaq ki, bundan əvvəl Orban Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyini açıqlamışdı. Türkiyənin yenidən seçilmiş prezidentinin andiçmə mərasimi iyunun 3-də baş tuta bilər.