Ərdoğan yenidən prezident seçilsə, ilk olaraq bu ölkəyə səfər edəcək - RƏSMİ AÇIQLAMA

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk hansı ölkəyə səfər edəcəyi məlum olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk səfər edəcəyi xarici ölkə Azərbaycan olacaq: "Təbii ki, hər zaman ilk ziyarət Azərbaycan və Şimali Kipr Respublikası olur. Həmişə belə olub".

Müsahibənin geniş variantı ilə bu linkdətanış ola bilərsiniz.