Ərdoğan Azərbaycana gəlir - TARİX AÇIQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra ilk xarici səfərlərini ənənəvi şəkildə davam etdirəcək.

Stopnarkotik.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğanın ilk xarici səfəri iyun ayının 12-də Şimali Kıbrıs Türkiyə Cümhuriyyətinə (KKTC) olacaq. 

Daha sonra o, 13 iyunda Azərbaycana səfər edəcək. O, səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.